Uşaq Endokrinoloqu Dr. Ləman Sultanova

Uşaq Endokrinoloqu Ləman Sultanova uşaqlarda şəkərli diabet, boy qısalığı, böyümə geriliyi, cinsi inkişaf qüsuları kimi xəstəliklərin müayinə və müalicəsini həyata keçirir.

Haqqımda

Dr. Ləman Sultanova

Hormonal problemlərin vaxtında aşkarlanması və müalicəsi uşaqların normal inkişafı üçün vacibdir. Dr. Ləman Sultanova olaraq, uşaqlarda böyümə, yetkinlik, şəkər xəstəliyi, qalxanabənzər vəzi və digər endokrin xəstəliklərin diaqnoz və müalicəsini peşəkar şəkildə həyata keçirirəm.

2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetində təhsil almış, Türkiyədə pediatriya və uşaq endokrinologiyası üzrə ixtisaslaşmışam. Əsas fəaliyyət sahəm uşaqlarda hormonal pozğunluqların vaxtında aşkarlanması və fərdi yanaşma ilə müalicə edilməsidir.

illik təcrübə
0 +
pasient müayinəsi
0 +
Konfrans & Seminar
0 +

Dr. Ləman Sultanova

Müalicələrimiz

Şəkərli diabet

Uşaqlarda şəkərli diabet, orqanizmin kifayət qədər insulin istehsal etməməsi və ya istifadə edə bilməməsi nəticəsində yaranan xroniki bir xəstəlikdir.

Boy qısalığı

Uşaqlarda boy qısalığı, yaşıdlarına nisbətən daha aşağı boya sahib olmaları ilə xarakterizə olunan bir haldır.

Böyümə geriliyi

Böyümə geriliyi — uşağın boy və ya çəki artımının yaşı və cinsinə uyğun normal səviyyədən geri qalmasıdır.

Qalxanabənzər vəzi

Qalxanabənzər vəzi (tiroid vəzi) boynun ön hissəsində yerləşən, kəpənək şəklində bir vəzidir. O, bədənin maddələr mübadiləsini, böyüməni və enerji səviyyəsini tənzimləyən hormonlar istehsal edir.

Cinsi inkişaf qüsurları

Cinsi inkişaf qüsurları — uşaqlarda və yeniyetmələrdə cinsi orqanların, hormonların və ya ikincil cinsi əlamətlərin normaldan fərqli və ya gec inkişaf etməsi vəziyyətidir.

Hipofiz vəzi

Hipofiz vəzi — beynin aşağı hissəsində, hipotalamusun altında yerləşən, noxud böyüklüyündə bir vəzidir. O, böyümə, maddələr mübadiləsi,

“Oğlumun şəkər xəstəliyi ilə bağlı uzun müddət düzgün diaqnoz qoyula bilməmişdi. Dr. Ləman Sultanova dəqiq analiz və yanaşma ilə bizi düzgün istiqamətləndirdi
Sevinc Məmmədova
Valideyn
Ləman xanım uşaqla ünsiyyət qurmaqda çox peşəkardır. Həm empatiya hissi, həm də tibbi bilikləri yüksək səviyyədədir.
Aygül Namazova
Pasient
“Qızımın boy problemi ilə bağlı Dr. Ləman xanıma müraciət etdik. İlk görüşdən etibarən həm uşağa, həm də bizə qarşı çox mehriban və anlayışlı davrandı.
Nigar Quliyeva
Valideyn
Dr. Ləman Sultanova ilə tanışlıqdan sonra uşağımızın hormon problemi ilə bağlı narahatlığımız tamamilə aradan qalxdı.
Elşən Məmmədov
Valideyn

PASİENTLƏR

Pasientlərimizdən eşidin

Diplom & Sertifikatlar

Dr. Ləman Sultanova

Uşaq endokrinoloqu hansı xəstəlikləri müalicə edir?

Uşağınızın boy artımı yaşıdlarına görə geri qalırsa, çəkisi normadan artıq və ya azdırsa, erkən və ya gec yetkinlik əlamətləri müşahidə olunursa, bu, hormonal problemlərin əlaməti ola bilər. Eyni zamanda tez-tez susuzluq, yorğunluq, artıq tüklənmə, tərləmə və ya qalxanabənzər vəzi ilə bağlı şişkinliklər varsa, vaxt itirmədən uşaq endokrinoloquna müraciət etmək tövsiyə olunur. Vaxtında qoyulan diaqnoz, sağlam gələcək üçün ən vacib addımdır.

Yazılar

Yeni məqalələrimiz

Uşaqlarda D vitamini çatışmazlığı: Əsas əlatmətlər və müalicəsi

Uşaqlarda D vitamini çatışmazlığı: Əsas əlatmətlər və müalicəsi

Uşaqlarda D vitamini çatışmazlığı; əzələ və sümük ağrıları, gec yerimə və…

Uşaqlarda tiroid hormonları

Uşaqlarda tiroid hormonları

Uşaqlarda tiroid hormonları onların fiziki, əqli və emosional inkişafının təməl daşlarından…

Qızlarda cinsi inkişaf nə zaman başlayır?

Qızlarda cinsi inkişaf nə zaman başlayır?

Qızlarda cinsi inkişaf nə zaman başlayır və hansı əlamətlərlə özünü göstərir?…

Randevu al

+994 50 309 96 01

FAQs

Tez-tez verilən suallar

Hər uşaq fərqli inkişaf tempi ilə böyüyə bilər. Amma əgər uşağın boyu yaşıdlarından xeyli geridə qalırsa və bu vəziyyət uzun müddət davam edirsə, bu, böyümə hormonunun çatışmazlığı və ya başqa endokrin problemə işarə edə bilər. Bu halda uşaq endokrinoloquna müraciət etmək vacibdir.

Bəzi uşaqlarda yetkinlik əlamətləri normaldan daha erkən başlaya bilər (qızlarda 8 yaşdan əvvəl, oğlanlarda 9 yaşdan əvvəl). Bu, "erkən yetkinlik" adlanır və bəzi hallarda hormon balanssızlığından qaynaqlana bilər. Erkən müdaxilə ilə həm sağlamlıq, həm də psixoloji baxımdan müsbət nəticə əldə etmək mümkündür.

Hormon müalicəsi, düzgün diaqnoz və mütəxəssis nəzarətində aparıldıqda uşağın sağlamlığı üçün təhlükəli deyil. Əksinə, vaxtında müdaxilə bir çox xəstəliklərin qarşısını ala bilər. Lakin bu müalicə yalnız həkimin göstərişi ilə və daimi izləmə ilə aparılmalıdır.

Xeyr, əgər uşaq normal boy inkişafı, çəki artımı və ümumi sağlamlıq göstərirsə, rutin testlərə ehtiyac yoxdur. Amma valideyn kimi uşağınızda inkişafda ləngimə, hormonal dəyişikliklər, artıq çəki və ya əksinə zəiflik müşahidə edirsinizsə, uşaq endokrinoloquna müraciət etmək tövsiyə olunur.

Uşaq Endokrinoloqu Dr. Ləman Sultanova

Hormonal problemlərin vaxtında aşkarlanması və müalicəsi uşaqların normal inkişafı üçün vacibdir.